İsrail dövlətinin baş naziri zati-aliləri cənab Ariel Şarona - Bakı şəhəri, 3 fevral 2003-cü il


Hörmətli baş nazir!

Şattl "Kolambiya" kosmik gəmisinin qəzaya uğraması və ekipaj üzvlərinin tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə nəticəsində ölkənizin ilk astronavtı İlan Ramonun həlak olması ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İsrail xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 fevral 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya