Hörmətli cənab Baş nazir!
Yaponiyanın Baş naziri seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Yaponiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.