Niderland Krallığının baş naziri zati-aliləri cənab Bim Koka - Bakı şəhəri, 17 avqust 1998-ci il


Zati-aliləri!

Sizi yenidən Niderland Krallığının Baş naziri seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Biz ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, başçılıq etdiyiniz hökumət Niderland-Azərbaycan əlaqələrinin genişləndirilməsi, iki ölkə arasındakı əməkdaşlığın dərinləşdirilməsi sahəsində bundan sonra da səmərəli fəaliyyət göstərəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir, Niderland xalqının rifahı naminə məsul işinizdə sizə yeni-yeni uğurlar diləyirəm.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

Azərbaycan - Avropa