Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tacikistan Respublikasının Prezidenti zati-aliləri İmaməli Rəhmanov cənablarına ünvanladığı təbrik məktubu - 21 noyabr 1994-cü il


Hörmətli cənab prezident!

Sizi Tacikistanın prezident seçilməyiniz münasibətilə səmimi təbrik edirəm. Sizə və bütün tacik xalqına sülh, sabitlik və tərəqqi arzulayıram. Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 22 noyabr 1994-cü il.