Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Vladimir Voroninə - Bakı şəhəri, 20 avqust 2002-ci il


Hörmətli cənab prezident!

Moldovanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Moldova xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin inkişafı və genişləndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlığımız bundan sonra da xalqlarımızın, dövlətlərimizin mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Moldova xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 20 avqust 2002-ci il.