Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsvesrəyə işgüzar səfərini başa çatdıraraq Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərə bəyanatı - 17 iyul 1999-cu il


Səfər çox faydalı oldu. Dünən mən İsveçrədə - Cenevrə şəhərində Ermənistan prezidenti Robert Koçaryanla görüşdüm. Ətraflı söhbət elədik.

Bu görüş haqqında biz Vaşinqtonda görüşərkən razılıq əldə etmişdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması haqqında yenidən geniş fikir mübadiləsi apardıq. Məsələnin həll olunması üçün yollar axtarırıq. Hər iki tərəf kompromisə getməlidir. Biz - o tərəf də, bu tərəf də bu kompromisləri axtarırıq. Çünki əgər kompromislər olmasa, bu məsələni həll etmək mümkün olmayacaqdır.

Görüş faydalı oldu. Hesab edirəm ki, bunun əhəmiyyəti var. Həm bizim üçün, həm Dağlıq Qarabağ üçün. Razılaşdıq ki, bu görüşləri bundan sonra da davam etdirəcəyik.