Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Yohannes Rauya - Bakı şəhəri, 27 sentyabr 2002-ci il


Hörmətli cənab prezident!

Ölkənizin milli bayramı - Alman birliyi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı dostluq münasibətlərinin inkişafı, qarşılıqlı etimadın artması xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 3 oktyabr 2002-ci il.