Hörmətli cənab Prezident!
Mali Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Mali xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Əminəm ki, Azərbaycan Respublikası ilə Mali Respublikasının qarşılıqlı münasibətləri xalqlarımızın rifahının getdikcə yaxşılaşmasına xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.