Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Prezidenti Jak Şirak ilə görüşdə fikir mübadiləsi - Strasburq, Avropa sarayı, 11 oktyabr 1997-ci il


Jak Şirak: Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev, mənim dəvətimi qəbul edib Strasburqa gəldiyinizə, zirvə görüşündə iştirak etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Cənab Jak Şirak, dəvət üçün Sizə minnətdarlıq edirəm.

Jak Şirak: Bildirirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrdən biri kimi Fransa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində fəallığını artırmışdır. Bildirirəm ki, mən Rusiya Federasiyasının dövlət başçısı Boris Yeltsin ilə Moskvada və indi burada- Strasburqda keçirdiyim görüşlər zamanı bu problemi, o cümlədən Minsk qrupu həmsədrlərinin son təkliflərini bir daha müzakirə etmişəm. Bildirirəm ki, Fransa bu problemin tezliklə həll olunması üçün səylərini əsirgəmir və bununla bağlı məsləhətləşmələri davam etdirəcəkdir.

Heydər Əliyev: Cənab Prezident, Ermənistan-Azərbaycan munaqisəsinin həllində Fransanın mövqeyini səmimi açıqladığınıza görə Sizə təşəkkür edirəm. Münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində Fransanın fəaliyyəti, o cümlədən ABŞ, Rusiya və Fransa prezidentlərinin Denver bəyanatını yüksək qiymətləndirdiyimi bildirirəm. Ümidvaram ki, Avropanın və dünyanın ən böyük və nüfuzlu dövlətlərindən biri, eyni zamanda Minsk qrupunun həmsədri olan Fransa bu münaqişəyə tezliklə son qoyulması üçün səylərini daha da artıracaqdır.

Jak Şirak: Münaqişəyə sülh yolu ilə son qoyulması, ATƏT-in Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında həllini tapa bilər. Münaqişənin həmin prinsiplər əsasında aradan qaldırılması üçün biz əlimizdən gələni edəcəyik. Bu məsələdə Fransanın mövqeyi dəyişməzdir. Azərbaycan ilə Fransa arasında əməkdaşlıq məsələlərindən, o cümlədən iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsindən danışarkən qeyd etmək olar ki, son iki ildə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün çox işlər görülmüş, xüsusən prezident Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı apardığımız danışıqların bu sahədə böyük rolu olmuşdur. Biz, həmçinin Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının müştərək işlənməsində əməkdaşlığı ölkələrimizin iqtisadi əlaqələrinin genişləndirilməsində mühüm addım kimi qiymətləndirmişik və yenə də bu fikirdəyik ki, iqtisadi əlaqələrimiz daha da inkişaf etdirilməlidir.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa