Toqo Respublikasının Prezidenti zati-aliləri cənab Qnasinqbe Eyademaya - Bakı şəhəri, 26 aprel 2002-ci il


Hörmətli cənab prezident!

Toqo Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Toqo xalqını təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı xalqlarımız üçün faydalı olacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Toqo xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 aprel 2002-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış