Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistan Respublikasının Prezidenti Robert Koçaryan ilə təkbətək görüşdəki söhbətindən - Moskva, Kreml, 24 yanvar 2000-ci il


(Rusiya Federasiyası prezidentinin vəzifəsini icra edən Vladimir Putin görüşün ikinci hissəsində iştirak edib)

Heydər Əliyev:  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli hər iki ölkə xalqları üçün günün ən vacib və mühüm məsələsidir. Lakin münaqişənin dincliklə, sülh yolu ilə həlli əsas şərt olmalıdır.

Robert Koçaryan:  Biz də münaqişənin sülh yolu ilə həllini istəyirik. Lakin bu zaman hər iki tərəfin istəkləri nəzərə alınmalıdır.

Heydər Əliyev: Əlbəttə, biz torpaqlarımızın, oradan didərgin düşmüş bir milyon qaçqının dinə-obasına qaytarılmasını istəyirik. Lakin bütün bu məsələlərin həlli əldə edilənədək atəşkəs rejimi mütləq saxlanılmalıdır.

Robert Koçaryan: Biz atəşkəs rejiminin saxlanılmasının vacibliyini dərk edirik və buna əməl edəcəyik.

Heydər Əliyev: ATƏT və onun Minsk qrupu həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində fəaliyyət göstərirlər. Bu fəaliyyət sonra da davam etdirilməlidir. Sözsüz ki, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün hər iki tərəfin milli mənəfelər naminə konstruktiv mövqe tutması və qarşılıqlı kompromislərə getməsi lazımdır.

Vladimir Putin: Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşləri böyük əhəmiyyət daşıyır. Moskvada bu görüşü keçirdikləri üçün onlara minnətdarlığımı bildirirəm. Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Fransa kimi, Rusiya da münaqişənin tezliklə aradan qaldırılması sahəsində səylərini artıracaqdır.