Viktor Sadovniçi (1939), Moskva Dövlət Universitetinin rektoru


Heydər Əliyeviçin Moskva Universitetinə vətəndaş məsuliyyəti ilə göstərdiyi dəstəklə bağlı az məlum olan bir hadisəni xatırlamaq istərdim. İttifaqın rəhbərlərindən biri, Siyasi Büronun üzvü olan Heydər Əliyev Moskva Universitetinə də kuratorluq edirdi. O zaman onun dəstəyi olmasaydı, yəqin ki, universitet bu gün gördüyünüz kimi olmazdı. Elmimiz, təhsilimiz də çətin ki, belə yaxşı səviyyəyə qalxardı. Hələ bu bir yana. O, Azərbaycan alimlərinin bu universitetdə təhsil almalarına imkan yaratdı. Heydər Əliyevin o dövrkü fəaliyyəti xalqlarımızın mədəniyyətinin inkişafında böyük rol oynamışdır.

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.189