Braziliya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Fernandu Henriki Kardozuya - Bakı şəhəri, 4 sentyabr 2001-ci il


Hörmətli cənab prezident!

Braziliya Federativ Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Braziliya xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 7 sentyabr 2001-ci il.

Oçerklər

XARİCİ SİYASƏT

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT