Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Danimarkanın Kraliçası ülyahəzrət II Marqreteyə təbriki - Bakı şəhəri, 15 aprel 2001-ci il


Ülyahəzrət!

Danimarka krallığının milli bayramı – Kraliçanın anadan olduğu gün münasibətilə Sizi və dost Danimarka xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Danimarka arasındakı münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

 

 

 

 

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa