Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "KONOKO" şirkətinin prezidenti Arqu Dunxam ilə görüşdə söhbətindən - Hyüston, "Vinham Varvik" oteli, 2 avqust 1997-ci il


Hörmətli cənab Dunxan!

İlk öncə xoş sözlərə görə təşəkkür edirəm.

Dünyanın ən nüfuzlu dövləti Amerika Birləşmiş Ştatlarına bu uğurlu səfərimdən çox məmnun olduğumu bildirirəm. Nəzərə çatdırıram ki, Ağ evdə prezident Bill Klintonla keçirdiyim görüşləri, apardığım danışıqları və Azərbaycan-Amerika əməkdaşlığında xüsusi əhəmiyyətə malik tarixi sənədlərin imzalanmasını rəsmi səfərimin zirvəsi hesab edirəm. Əminəm ki, ölkələrimizin əməkdaşlığının daha da genişləndirilməsi üçün möhkəm zəmin üzərində yaradılmış yeni mərhələdə bu əlaqələr böyük sürətlə inkişaf edəcəkdir.

Bazar münasibətləri yolunu seçmiş, hüquqi demokratik dövlət quran, islahatları, özəlləşdirməni müvəffəqiyyətlə həyata keçirən müstəqil Azərbaycan xarici ölkələrin nüfuzlu şirkətlərinin respublikamıza geniş miqyasda sərmayələr qoymasına maraq göstərir. Bu vaxtdan Amerika şirkətləri ilə əlaqələrin hazırkı vəziyyətindən razı qaldığımı bildirirəm.

Mən Sizin "Konoko" şirkəti ilə Azərbaycan arasında əlaqələri sıxlaşdırmaq barəsində təkliflərinizi maraqla dinlədim, nəzərə çatdırıram ki, bu şirkətlə bir çox sahələrdə əməkdaşlıq etməyə ölkəmizdə geniş imkanlar vardır.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, 11-ci cild, səh.278