Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab Avul Pakir Caynulabdin Əbdül Kalama məktubu - 4 avqust 2003-cü il


Hörmətli cənab prezident!

Hindistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın ənənəvi dostluğundan qaynaqlanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə əlaqələrimizin inkişafı üçün yeni-yeni imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 15 avqust 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya