Argentina Respublikasının prezidenti zati-aliləri cənab Nestor Kirçnerə - Bakı şəhəri, 16 may 2003-cü il


Hörmətli cənab prezident!

Argentina Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 17 may 2003-cü il.

Tarixi arayış

XARİCİ SİYASƏT