Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin YUNİSEF təşkilatında uşaqların həyatı, müdafiəsi və inkişafına dair BMT bəyannaməsinin imzalanması mərasimində çıxışı - 27 sentyabr 1994-cü il


Mən çox məmnunam ki, YUNİSEF təşkilatı Azərbaycanda da fəaliyyətə başlamışdır və biz bunu yüksək qiymətləndiririk. Çünki uşaqların problemləri ilə məşğul olmaq və bu sahədə fəaliyyət göstərmək insanlar üçün çox xeyirxah bir tədbirdir. Uşaqların həyatına diqqət dünyanın gələcəyi ilə məşğul olmaq deməkdir. Belə fəaliyyət Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan müharibə vəziyyətindədir, onun ərazisinin 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bir milyondan artıq adam qaçqındır ki, onların da xeyli hissəsi uşaqlardır. Onlar indi çadırlarda çətin vəziyyətdə yaşayırlar.

Azərbaycanda ailələr çoxuşaqlıdır. Orta hesabla hər ailənin 4-5 uşağı var. Bu isə bir milyon qaçqından nə qədərinin uşaq olduğunu aydın göstərir.

YUNİSEF-in Azərbaycanda fəaliyyətinin genişləndirilməsinə böyük ehtiyac var. Ümumdünya miqyasında fəaliyyətinizə hörmət və ehtiramımı, Azərbaycanda gördüyünüz işlərə görə isə sizə təşəkkürümü bildirirəm. Bu bəyannaməni imzaladıqdan sonra bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanda fəaliyyətiniz daha da genişlənəcək və güclənəcəkdir.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış

Azərbaycan - BMT