Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Cənubi Afrika Respublikasının Prezidenti zati-aliləri cənab Tabo Mbekiyə təbriki - Bakı şəhəri, 24 aprel 2001-ci il


Hörmətli cənab Prezident!

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və dost Cənubi Afrika Respublikası xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı əlaqələrimiz daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış