Livan Respublikasının baş naziri Zati-aliləri cənab Rafiq əl-Həririyə - Bakı şəhəri, 13 noyabr 2000 il


 Hörmətli cənab baş nazir!

Livan Resspublikasının baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Livan Respublikası arasında münasibətlərin ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf etməsi üçün göstərdiyimiz birgə səylər öz bəhrəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, məsul vəzifənizdə müvəffəqiyyətlər, dost Livan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 14 noyabr 2000-ci il.