Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya - Bakı şəhəri, 20 dekabr 2000-ci il


Əlahəzrət!

Yaponiyanın milli bayramı - İmperatorun təvəllüdü günü ilə əlaqədar Sizi, imperator ailəsinin üzvlərini və dost yapon xalqını ürəkdən təbrik edirəm.

Biz ölkələrimiz və xalqlarımız arasında ildən - ilə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, Yaponiya ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafeyi, bütün dünyada sülh və əmin-amanlıq naminə genişlənərək inkişaf edəcəkdir.

Əlahəzrət, fürsətdən istifadə edib Sizə cansağlığı və səadət, ölkənizin bütün vətəndaşlarına əmin-amanlıq və daha böyük tərəqqi arzulayiram. Bayramınız mübarək olsun.

Hörmət və ehtiramla,

Hеydәr Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 22 dekabr 2000-ci il.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Tarixi arayış