Norveç Kralliğının Baş naziri zati-aliləri cənab Kuel Maqne Bondevikə - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli cənab Baş nazir!

"Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının birgə işlənilməsində Norveç şirkətlərinin iştirakına böyük əhəmiyyət verirəm. Enerji ehtiyatlarımızın hasil olunması və dünya bazarlarına çatdırılması işində Norveç hökumətinin səylərini yüksək qiymətləndirirəm.

Ümidvaram ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarına daim birgə layihələrimizin həyata keçirilməsi sahəsində əməkdaşlığımız bundan sonra daha da genişlənəcəkdir.

Əminəm ki, Azərbaycan-Norveç əlaqələri xalqlarımızın və ölkələrimizin mənafeləri naminə daim inkişaf edəcəkdir. Sizə və dost Norveç xalqına ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.