İspaniyanin Kralı Əlahəzrət I Xuan Karlosa - Bakı şəhəri, 5 oktyabr 2000-ci il


Əlahəzrət!

İspaniya Krallığının milli bayramı – İspan milləti günü münasibətilə Sizi, kral ailəsinin üzvlərini və dost ispan xalqını səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə hərtərəfli inkişaf edib genişlənəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


“Azərbaycan" qəzeti, 7 oktyabr 2000-ci il.

Tarixi arayış