Küveyt dövlətinin əmiri əlahəzrət Şeyx Cabir Əl-Əhməd əs-Sabaha - 24 fevral 1995-ci il


Əlahəzrət!

Küveyt dövlətinin milli bayramı münasibətilə sizi və bütün dost Küveyt xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmim-qəlbdən təbrik edir, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan ilə Küveyt arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.