Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İspaniyanın kralı əlahəzrət I Xuan Karlosa təbriki - Bakı şəhəri, 2 oktyabr 2001-ci il


Əlahəzrət!

İspaniya Krallığının milli bayramı – İspan milləti günü münasibətilə Sizi, kral ailəsinin üzvlərini və bütün ispan xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan və İspaniya arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənərək ölkələrimizin tərəqqisinə hərtərəfli xidmət göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dost ispan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa