Almaniya Federativ Respublikasının federal kansleri zati-aliləri cənab Helmut Kola - 1 oktyabr 1993-cü il


Hörmətli cənab kansler!

Sizi və dost alman xalqını milli bayram - Almaniyanın Birləşmə günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Bu əlamətdar gündə Sizə və hər bir alman ailəsinə sülh, səadət və tərəqqi arzulayıram.

Mən ölkələrimiz arasındakı dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə qarşılıqlı faydalı münasibətlər bundan sonra da genişlənəcək və xalqlarımızın gələcək inkişafına xidmət edəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək bir daha dərin hörmətimi Sizə çatdırıram.

Heydər Əliyev,
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən,
Azərbaycan Respublikası Ali Sovetinin sədri.