Hörmətli xanım prezident!
İrlandiya Respublikasının milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və ölkənizin dost xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, səadət və uğurlar, ölkənizə tərəqqi və əmin-amanlıq arzulayıram.
Mən Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında mehriban dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və əminəm ki, bu münasibətlər xalqlarımızın mənafeyi, ümumi sülh və əmin-amanlıq naminə inkişaf edib dərinləşəcəkdir.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
"Azərbaycan" qəzeti, 19 mart 2000-ci il