Qırğızıstan Respublikasının Prezidenti zati-aliləri cənab Əsgər Akayevə - Bakı şəhəri, 16 avqust 1999-cu il


Hörmətli cənab prezident!

Qırğızıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və qardaş qırğız xalqını ürəkdən təbrik edirəm.

Biz ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk.

Əminəm ki, bu münasibətlər regionda sülh və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcək, Azərbaycan və Qırğızıstan xalqlarının həyati mənafelərinə xidmət edəcəkdir.

Sizə, Qırğızıstanın bütün vətəndaşlarına xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayıram. 

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti