Slovakiya Respublikasının Prezidenti Zati-Aliləri Cənab Rudolf Şusterə - 3 iyun 1999-cu il


Hörmətli cənab prezident!

Sizi Slovakiya Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz arasındakı mövcud əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə dönmədən inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.