Yunanıstan Respublikasının Prezidenti zati-aliləri cənab Konstantinos Stefanopulosa - Bakı şəhəri, 13 mart 2002-ci il


Hörmətli cənab prezident!

Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Yunanıstan xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 24 mart 2002-ci il.