Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Koreya Respublikasının prezidenti zati-aliləri cənab Kim De Çjuna məktubu - Bakı şəhəri, 19 fevral 2003-cü il


Hörmətli cənab prezident!

Tequ şəhərinin metrosunda törədilmiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailə üzvlərinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 20 fevral 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya