Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikasının prezidenti zati-aliləri cənab Tomas Klestilə məktubu - 22 oktyabr 2003-cü il


Hörmətli cənab prezident!

Avstriya Respublikasının milli bayramı münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasında əlaqələrin gündən-günə genişlənməsindən məmnunam. Əminəm ki, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ost Avstriya xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 26 oktyabr 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa