Vatikan dövlətinin başçısı Papa II İohann Pavel Həzrətlərinə - Bakı şəhəri, 21 oktyabr 2001-ci il


Möhtərəm papa həzrətləri!

Vatikan dövlətinin milli bayramı - müqəddəs taxta əyləşmə günü münasibətilə Sizi və bütün katolikləri ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə uzun ömür, möhkəm cansağlığı, humanizm idealları naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 22 oktyabr 2001-ci il.