Malayziyanın baş naziri zati-aliləri cənab Mahathir Məhəmmədə - 25 avqust 2003-cü il


Hörmətli cənab baş nazir!

Malayziyanın milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin, faydalı əməkdaşlığın genişlənməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının prezidenti.


"Azərbaycan" qəzeti, 31 avqust 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya