Slovakiya Respublikasının prezidenti zati-aliləri cənab Rudolf Şusterə - 26 avqust 2003-cü il


Hörmətli cənab prezident!

Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 2 sentyabr 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa