Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Respublikasının Prezidenti Eduard Amvrosiyeviç Şevardnadze cənablarına başsağlığı məktubu - Bakı şəhəri, 31 avqust 1997-ci il


Hörmətli Eduard Amvrosiyeviç!

Gürcü xalqına üz vermiş böyük itki - görkəmli yazıçı və ictimai xadim, Gürcüstan Yazıçılar İttifaqının sədri Quram Pancikidzenin vəfatı ilə əlaqədar olaraq Sizə səmimi qəlbdən başsağlığı verirəm.

O, Azərbaycan xalqının yaddaşında Azərbaycanın böyük dostu, Azərbaycan - gürcü mədəni və ədəbi əlaqələrinin inkişafı üçün çox zəhmət çəkmiş bir şəxs kimi qalacaqdır.

Müstəqil Gürcüstanın ləyaqətli oglu Quram Pancikidzenin əziz xatirəsi qəlbimizdə əbəbi yaşayacaqdır.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti