Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanı məmləkətinin məliki Əlahəzrət Fəhd bin Əbdüləziz al Səuda təbrik məktubu - 22 sentyabr 2000-ci il


Əlahəzrət!

Səudiyyə Ərəbistanı Məmləkətinin milli bayramı - Məmləkətin təsis günü münasibətilə Sizə və qardaş Səudiyyə Ərəbistanı xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, sizə möhkəm cansağlığı və səadət, ölkənizə firavanlıq və tərəqqi arzulayıram.

Biz Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Məmləkəti arasında səmimi və mehriban dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizin əlaqələrinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Əlahəzrət, Sizə bir daha öz hötrmət və ehtiramımı bildirirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti. 

"Azərbaycan" qəzeti, 23 sentyabr 2000-ci il.