Uruqvay Şərq Respublikasının Prezidenti zati-aliləri cənab Xorxe Batleyə -Bakı şəhəri, 2 dekabr 1999-cu il


Hörmətli cənab prezident!

Uruqvay Şərq Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında təşəkkül tapan dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Uruqvay xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti. 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT