Çin Xalq Respublikasının baş naziri zati-aliləri cənab Ven Szyabaoya - 16 oktyabr 2003-cü il


Hörmətli cənab baş nazir!

Çin Xalq Respublikasının "Şençou-5" kosmik gəmisinin kosmosa uçuşunun uğurla başa çatması münasibətilə sizi və bütün Çin xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı naminə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 oktyabr 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya