Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Əfqanıstan İslam Dövləti keçid hökumətinin başçısı zati-aliləri cənab Həmid Kərzaiyə məktubu - 18 avqust 2003-cü il


Hörmətli Həmid Kərzai!

Əfqanıstanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 19 avqust 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya