İtaliya Respublikasının Baş naziri Zati-aliləri cənab Culiano Amatoya - Bakı şəhəri, 8 may 2000-ci il


Hörmətli cənab Baş nazir!

İtaliya Respublikasının Baş naziri təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında təşəkkül tapmış münasibətlərə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


“Azərbaycan" qəzeti, 9 may  2000-ci il.