Hörmətli cənab Prezident!
Koreya Respublikasının milli bayramı - Koreyanın azad olunması günü münasibətilə Sizi və dost Koreya xalqını ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasındakı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz xalqlarımızın mənafeyinə xidmət edərək bundan sonra da daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.