Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Zayid bin Sultan əl Nəhyana təbriki - Bakı şəhəri, 26 noyabr 2001-ci il


Əlahəzrət!

Ölkənizin milli bayramı - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaradılmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş Birləşmiş Ərəb Əmirliklərinin xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr daha da genişlənərək daim dost xalqlarımızın mənafeyinə xidmət edcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.