Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kamerun Respublikasının prezidenti zati-aliləri cənab Pol Biyyaya məktubu - Bakı şəhəri, 13 may 2003-cü il


Hörmətli cənab prezident!

Kamerun Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın mənafeyi naminə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 20 may 2003-cü il

Oçerklər

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış