Rumıniyanın prezidenti Zati-aliləri cənab İon İliyeskuya – Bakı şəhərii, 11 dekabr 2000-ci il


Hörmətli cənab prezident!

Rumıniyanın prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Rumıniya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


“Azərbaycan" qəzeti, 12 dekabr 2000-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa