Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının prezidenti zati-aliləri cənab Corc Buşa məktubu - Bakı şəhəri, 1 fevral 2003-cü il


Hörmətli cənab prezident!

"Şatl Kolambiya" kosmik gəmisinin qəzaya uğraması və ekipaj üzvlərinin tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciəli hadisə ilə əlaqədar dərdinizə şərik çıxıram, sizə, həlak olanların ailələrinə və bütün Amerika xalqına dərin hüznlə başsağlığı verirəm.

 
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 
 
"Azərbaycan" qəzeti, 2 fevral 2003-cü il.