Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi əlahəzrət Abdullah bin Əbdüləziz al Səuda məktubu - 12 sentyabr 2003-cü il


Əlahəzrət!

Səudiyyə Ərəbistanının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, əlaqələrin mütəmadi inkişafı xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Səudiyyə Ərəbistanı xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti. 

"Azərbaycan" qəzeti, 23 sentyabr 2003-cü il.