Azərbaycan Prezidenti Heydər Əliyevin "Nyu-York Tayms" qəzeti Redaksiya Heyətinin üzvləri ilə görüşdə söhbətindən (Nyu-York, BMT-nin binası, 28 iyul 1997-ci il) sənədinə tarixi arayış


1997-ci il 27 iyul -7 avqust tarixində Heydər Əliyevin ABŞ-a rəsmi səfəri zamanı keçirilən çoxsaylı görüşlərdən biri iyulun 28-də “Nyu-York Tayms” qəzeti redaksiya heyətinin üzvləri ilə olub. Heydər Əliyev çox məşhur bir mətbuat orqanı kimi tanınan “Nyu-York Tayms” redaksiya heyətində çalışan jurnalistlərin dünya ölkələrinin və xalqlarının həyatını, problemlərini dərindən işıqlandırmağa xüsusi peşəkarlıqla yanaşdıqlarını qeyd edib.

Görüş zamanı Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı məlumat verib və “Nyu-York Tayms” kimi nüfuzlu qəzetin beynəlxalq aləmdə Azərbaycanın haqq işinin qətiyyətlə müdafiə etməsinə kömək edəcəyinə əmin olduğunu bildirib.