Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankaradakı "Anıtkabir" məqbərəsində Türkiyə Cümhuriyyətinin banisi, görkəmli siyasi və ictimai xadim Mustafa Kamal Atatürkün məzarını ziyarət etdikdən sonra xatirə kitabına yazdığı ürək sözləri - 8 fevral 1994-cü il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm.

Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.