Hörmətli cənab Baş nazir!
İsrail dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost İsrail xalqını səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə İsrail dövləti arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimiz bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.